​Yenə dollar ajiotajı başladı - İki bank dollar satışını məhdudlaşdırdı

Oktyabr ayının 19-da iki bank dollar satışına limiti aşağı salıb. Söhbət «Xalq Bank» və «Dəmirbank»dan gedir
 
«Xalq Bank»dan verilən məlumata görə, səhər saatlarından etibarən dolların satışına limit təyin edilib.
 
Bir nəfərə 1000 dollar limitlə satış həyata keçirilir. Avro satışı üzrə limit individual həyata keçirilir.
 
Qeyd edək ki, bank sentyabr ayının 29-dan etibarən xarici valyuta satışına qoyulan limiti aradan qaldırmışdı.
 
«Dəmirbank» isə dollar satışına qoyulan limiti 5000-dən 3000-ə qədər azaldıb.
 
Bu barədə bankdan bildirilib. Bank oktyabrın 14-dən etibarən dollar satışına 5000 limit təyin etmişdi. Avro satışı üzrə limit isə dəyişməyərək 1000 olaraq qalıb.(fins.az)