​Yeltsinin 19 milyona satılan limuzini əslində hansı hökumət başçısına məxsus olub?

 
 
Turaninfo.org TASS-a istinadən xəbər verir ki, Rusiyanın birinci prezidenti Boris Yeltsinin rəsmi və işgüzar görüşlərə getdiyi zirehli "Mersedes-Benz" S klass Trasco Bremen limuzini Peterburqda 19,7 milyon rubla satılıb.
 
Avtosalondan verilən məlumata görə limuzin alıcılar və jurnalistlər arasında böyük marağa səbəb olub. Elana görə avtomobil vurulmayıb, “arxa ötürücüsü, sol sükanı”var, 60 min kilometr yol qət edib. Limuzin xüsusi sifarişlə hazırlanıb.
 
Satıcı hesab edir ki, avtomobil “ yaxşı kolleksiya üçün dəyərli nümunə” ola bilər.
 
Xatırladaq ki, bu avtomobil 1995-ci ildə Frankfurt avtosalonunda satışa çıxarılıb. Avtomobil əvvəlcə Almaniya kansleri Helmut Kola mənsub olub.1995-ci ildə Kol avtomobildən imtina edib və tapşırıb ki, onu Yeltsinə hədiyyə etsinlər. Bu avtomobil faktiki olaraq Rusiya dövlətinin deyil, Yeltsinin hədiyyə kimi qəbul etdiyi şəxsi maşını olub.

Загрузка...
Загрузка...