​Yeddi il əvvəl itən itini tapdı, həm iti ağladı, həm də özləri- FOTO

Baxış sayı: 
332
0  
0  

 
 
İtlərlə bağlı həmişə maraqlı məlumatlara rast gəlinir. İtə etibar yoxdu deyilsə də, amma çox vaxt bu belə olmur. Elə haqqında danışacağımız hadisə də mediada gündəm olub. Belə ki, Rusiyanın Yekaterinburq şəhərində yeddi il əvvəl itirdikləri itlərini tapan ailə duyğulu anlar yaşayıb.
 
Şəhər sakini yeddi il əvvəl həyətindən müəmmalı şəkildə itən itinə görə  qəzet və jurnallarda elan verərək onu axtarıb. Amma, onu tapmaq mümkün olmayıb. Reqs adlı itini axtaran Natalya və oğlu Konistantin onu tapa bilməyib. Həmişə gözləri itlərini axtaran ailə heç vaxt başqa it saxlamaq fikrində olmayıb. Hansı ki, onlara həmişə bu barədə təkliflər olub.  Yeddi ildən sonra bir qadın onların qapısını döyərək itlərinin tapıldığını bildirib. Ərzaq mağazasının yanında küçə itləri ilə gecələyən Reqsi görən qadın ona yemək verərkən qulağındakı möhürü görüb. Qadın anlayıb ki, bu küçə iti deyil və bunun sahibi var.  Bundan sonra isə qadın agentliyə zəng vuraraq Reqsin sahibinin evini tapıb.
 
Onu görən sahibi Reqsin adını çəkən kimi it sahibini tanıyıb.  Bundan sonra isə həm sahibi, həm də vəfalı Reqs göz yaşları axıdıb.

Загрузка...
Загрузка...