Yazıçılar Birliyi “26” kafesinin yerini daha icarəyə verməyəcək

 
 
Bakının Səbail rayonunda Azərbaycan Yazıçılar Birliyinin (AYB) binasında yerləşən  “26” - “Twenty six” adlı kafe sentyabr ayının 8-də qalmallı şəkildə bağlandı. Kafe  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun təşəbbüsü və iştirakı ilə bağlandı. H.Abutalıbov  kafenin fəaliyyətinin “26 Bakı komisarı”nın adını daşıdığına görə dayandırıldığı bildirib.
Bağlanan kafenin yeri icarəyə yenidən kiməsə veriləcəkmi?
Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza deyib ki, Yazıçılar Birliyinin Binasında yerləşən həmin yerinin icarəyə verilməsi gündəmdə deyil.
“Bu məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyində hansısa müzakirə aparılmayıb”. (modern.az)

Загрузка...
Загрузка...