Yazıçı Varis qadın tərəfindən aldadıldı - 38 min dollar

Tanınmış yazıçı Varis Yolçuyev qadın tərəfindən aldadılıb.
Admiral.az-ın məlumatına görə, bu barədə yazıçının özü hüquq-mühafizə orqanlarına müraciət edərək məlumat verib.
O bildirib ki, Elnarə adlı şəxs 2015-ci ilin dekabr ayında onun etibarından sui istifadə edərək ondan 38 min ABŞ dolları alıb, qaytarmayıb.
Məsələ ilə əlaqədar yazıçının özü ilə əlaqə saxladıq. Varis Yolçuyev Admiral.az-a bildirdi ki, həmin hadisə onun tanışının başına gəlib. Qadın təhsil məsələsinə görə pulu alıb.
"Ümumiyyətlə bu barədə danışmaq istəmirəm", - deyə yazıçı bildirib.