Yazı yazmağı sevən insanlar daha zəkalı olurlar - MARAQLI

Baxış sayı: 
216
0  
0  

 
 
Yazı yazmağı sevən insanlar adətən işlərini düzgün aparan,fərqli və yüksək sosial bacarığa malik olurlar.
 
Moderator.az bildirir ki, yazı yazmağı hər işində əsas tutan və qeydiyyat aparmaq vərdişi olan insanların digərlərindən bir neçə fərqli xüsusiyyətləri var.
 
1. Duyğusal zəkaları yüksəkdir
 
Duyğusal zəkası yüksək olan insanlar, digər insanlara görə özünü daha yaxşı tanıyan, qarşısındakı insanı yaxşı anlamaq qabiliyyətinə malik olurlar.
 
2. Yenilikləri çox tez öyrənirlər
 
Yazı yazma vərdişi olan insanlar hərşeyi qeyd edərək yaddaşlarında tuturlar. Bu insanlar öyrəndiklərini və ya eşitdiklərini yaddaşlarında saxlamaq üçün bu məlumatları kağıza köçürürlər. Məhz onların sirri budur.
 
3. Neqativ düşüncələri asanlıqla mübarizə aparırlar
 
Yazı yazma vərdişi olan insanlar keçirdikləri günləri də kağıza köçürməyi sevirlər. Hətta aşmaqda çətinlik çəkdikləri bəzi hissləri və hadisələri də kağıza köçürürlər. Bu onların problemlərini gözlə görülən şəkildə qarşılarına qoyub daha məntiqli həll tapmalarını təmin edir. Davamlı düşünmək bir müddət sonra işləri çıxılmaz hala sala bilər. Bunu təcrübə etmiş şəxslər başlarındakı qarışıqlığa son vermək üçün fikirlərini qeyd edirlər və bu onların daha sakit qalmasına yardımçı olur.
 
Psixoloqlar xəstələrinə problemləri başa düşmələri üçün, bunları kağıza qeyd etmələrini istəyirlər. Beləliklə xəstə daxili problemlərdən xilas olur.
 
4. Digər insanlara görə daha yaradıcıdırlar
 
Yazı yazaraq çalışan insanların xəyal gücü digər insanlardan daha genişdir. Çünki kağıza köçürərək yaddaşına daimi məlumatlar yerləşdirən insanların ağlında, yaradıcı olmaları lazım olduğu zaman bir çox məlumat yaranır. Bu insanlar yaxşı bir reklam agenti, redaktor, kitab və ya ssenari müəllifi ola bilər.
 
5. Öhdəliklərini yerinə yetirmək məsələsində digər insanlara görə daha yaxşıdırlar
 
Yazı yazmaq həyatının bir hissəsinə çevrilən insanlar intizamlıdırlar. Bu xüsusiyyətləri onların işlərini vaxtında yerinə yetirməsinə yardımçı olur.
 
6. Səlis danışırlar
 
Yazı yazan insanların söz ehtiyatları zəngin olur. Bu onların axıcı danışmalarına kömək edir. Daim sözlərlə və cümlə qurmaqla məşğul olduqları üçün, beyinlərinin şifahi hissəsi olduqca intensiv şəkildə işləyirlər. Bu səbəbdən yazı yazan inananlar yaxşı bir məruzəçidirlər və onlarla söhbət etməkdən doymaq olmur.

Загрузка...
Загрузка...