​“Yazdığın son məktub bu an əlimdə” – ABŞ FTB-si Hillari Klintondan əl çəkmir

 
Demokrat namizəd Trampa necə cavab zərbəsi endirəcək?
 
ABŞ-ın Demokrat partiyasından prezidentliyə namizəd Hillari Klintonun başı FTB ilə yenidən bəlaya girib.
 
Musavat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, oktyabrın 28-də FTB direktoru Ceyms Komi Konqres üzlərinə göndərdiyi məktubda Klintonun elektron adresi ilə bağlı yeni məktubların aşkar edildiyini bildirib.
 
Ceyms Komi bu barədə Konqresin 8 yüksək vəzifəli şəxsinə, parlamentin aşağı və yuxarı palatalarının komitə sərdlərinə məktub göndərib.
 
Komi həmin məktubnların məxfilik qrifi daşımasının araşdırılıdığını söyləyərək cinayət işinin yenidən qaldırıldığı barədə məlumat verib.
 
Komi məlumatında həmin məktubları nə zaman və hansı şəraitdə aldıqlarını göstərməyib.
Təbii ki, bu məlumata ən çox sevinən və dərhal üzərinə atılan şəxs Klintonun əsas rəqibi Donald Tramp olub.
 
Tramp Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxışı zamanı FTB-ni işinə davam etməyə çağırıb.
 
“Bu hadisə Uotergeyt skandalından da (70-ci illərin əvvələrində Demokrat partiyasının qərargahının qeyri-qanuni şəkildə dinlənilməsi ilə bağlı yaranan skandal. Həmin hadisə 1974-cü ildə ABŞ prezidenti Riçard Niksonun istefasına səbəb olmuşdu-red.) pisdir” deyə Tramp öz sevincini gizlətmədən seçiciləri qarşısında sözlərini davam etdirib. “Klinton həbsə” deyə kütlə onun bu çıxışına çağırışla cavab verib.
 
FTB hələ ki rəsmən yeni məktubların mənbəyini və içərisini açıqlamasa da mətbuat bununla bağlı bir sıra məlumatlar əldə edib. The New York Times и NBC News-ın araşdırmasına əsasən həmin məktublar yürüdülən başqa araşdırmada ortaya çıxıb. Həmin təhqiqat isə keçmiş konqresmen Entoni Vaynerin yazdığı seks məktublarıyla bağlı olub.
 

Entoni Vayner
 
Bu isə Demokrat partiyasının namizədinin imicinə vurulan daha bir zərbədir. Çünki Entoni Vayner Klintonun sağ əli Huma Abedinin həyat yoldaşıdır.
 
Qəzetlərin yazdığına görə, Vayner 2012-ci ildən bu yana siyasətçiyə yaraşmayan bir sıra hərəkətlərə yol verib. Məsələn, o, tez-tez çılpaq şəkillərini müxtəlif qadınlara göndərirmiş. Bu tip biabırçılıqlar gələcəyi parlaq görünən siyasətçinin karyerasına son qoyub.
Bu ilin avqustunda isə o həyat yoldaşından ayrılıb.
 

 
Huma Abedin
 
Lakin bütün bunlar keçmiş konqresmenin seks həyatı ilə bağlı FTB-nin təhqiqatını dayandırmayıb. The New York Times-ın yazdığına görə, Klintonun yeni məktubları FTB-nin həmin araşıdrma zamanı təhqiqat üçün götürdüyü telefonunda üzə çıxıb.
 
Bu məsələnin məhz seçkilərdən iki həftə öncə ortaya çıxması olduqca müəmmalıdır.
 
Lakin bu keçmiş dövlət katibinin elektron məktubları ilə bağlı ortaya çıxarılan ilk hadisə deyil.
 
Hələ keçən ilin martında Hillari Klintonun internet vasitəsilə apardığı məktublaşmalarla bağlı ilk xəbərlər çıxmışdı. Həmin məlumatlarda demokrat namizədin 2009-2013-cü illərdə dövlət katibi vəzifəsini icra edərkən xidməti yazışmalarda öz şəxsi poçtundan istifadə etdiyi ortaya çıxmışdı. Bu isə həm Dövlət Departamentinin, həm də bütünlükdə dövlətin təhlükəsizlik sisteminin təhlükə altına qoyması demək olub.
 
Klinton özü xidməti yazışmalarının şəxsi hesabında aparılmasının doğru olmadığını etiraf etmişdi. Lakin o, bu məktubların heç birinin məxfilik xarakteri daşımadığını qeyd edib.
 
Sübut olaraq isə Hillari Klinton öz şəxsi hesabındakı 30 mindən çox məktubu FTB-yə təqdim edib.
 
Xanım Klinton qalan məktubların şəxsi xarakter daşıdığını bildirərək FTB-yə təqdim etməkdən imtina edib.
 
FTB bu məlumatları da yoxlayıb. Həmin vaxt xanım Klintonun bir neçə min məktubu şəxsi poçtundan sildiyi ortaya çıxıb. İyulun 5-də isə FTB direktoru Ceyms Komi bununla bağlı qaldırılan cinayət işlinin bağlandığını açıqlamışdı.
 
Btüün bunlarla bərabər Klintonu Demokrat partiyasının serverindən oğurlanan məktublarla bağlı daha böyük bəla gözləyir.
 
Həmin məktblara partiyanın “mətbəxi”ndə baş verən bir sıra xoşagəlməz faktlar yer alır.
 
Fransız “Le Figaro” qəzetinin yazdığına görə, Klinton bu məktub hekayəsindən tezliklə qurtulmasa onu daha böyük “sərgüzəşt”lər gözləyə bilər. “Le Figaro” hətta bütün bunlara rəğmən Klintonun qalib gəlməsinin belə demokrat namizədin vəziyyətini yüngülləşdirməyəcəyini yazıb.
 
Qəzet parlamentin hər iki palatasında çoxluğu ələ keçirən respublikaçıların xanım Klintona qarşı impiçment prosedurunu hər an başlada biləcəyi ehtimalına da toxunub.
 
Qalib gəlməməsi halında isə Klintonla Donald Trampın debatlarda vəd etdiyi kimi onu həbsə götürmək üçün vəzifələndiriləcək prokurorlarla uzun söhbətlər gözləyir.
 
Demokrat namizəd isə öz növbəsində heç bir təhqiqatdan çəkinmədiyini və qorxmadığını bəyan edib. O, bütün bunların arxasında Rusiya prezidenti Vladimir Putinin durduğunu bəyan edib. Onun fikrincə, həm onun şəxsi hesabından, həm də Demokrat partiyasının serverindən oğurlanan məktublar Rusiya xüsusi xidmət orqanlarına mənsub hakerlər tərəfindən sındırılaraq mətbuata ötürülüb. Bu da hər zaman Putinə az qala yaltaqlanan Trampa qarşı Klintonun ən güclü arqumenti sayılır.
 
 
Qeyd edək ki, ABŞ-da rəy sorğularını həyata keçirən şirkətlər son hadisənin Klintonun reytinqlərinə hansı təsir göstərdiyinə cavab tapmaqda çətinlik çəkirlər.
 
Politico.com saytının verdiyi məlumata görə, seçkiyə gedəcək respondentlərin sadəcə 34 faizi Hillariyə olan etimadlarının bir qədər də azaldığını qeyd edib. 63 faiz isə son skandalın onların qərarlarında dəyişiklik yaratmayacağını qeyd edib. Sayta görə, həmin 34 faiz onsuz da özlərini əvvəldən Klintonun elektoratından hesab etməyənlər olub. Xanım Klinton öz elektortatının sadəcə 7 faizini, özlərini demokrat hesab edənlərin isə 13 faizinin inamını itirib.
 
Bunlar kiçik rəqəmlər sayılsa da başa-baş mücadilədə seçkilərin nəticələrinə ciddi nəticə göstərəcək faktorlardır.
 
Bundan başqa, xanım Klinton Trampın hər belə hücumuna qarşı əks həmlə etməyi də bacarıb. Ən azından Trampın 2005-ci ildə qadınlarla bağlı “xoş” sözlərinin ortaya çıxarılmasını yada salmaq kifayətdir. Indi Amerikada hamını bir sual maraqlandırır: Hillari Klintonun cavab zərbəsi nə olacaq?