Yaxın Şərqin planı cızılır: Kürdlər müstəqillikdə

Şimali İraq Kürd Regional Rəhbərliyi müstəqillik referendumu ilə bağlı çox diqqətli olmalıdır. Müstəqillik naminə kürdlər yeni bədəl ödəməməlidir.
 Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) keçmiş şefinin müavini Cavad Öneş deyib.
 “Kürdüstan bölgəsinin müstəqillik məsələsi münaqişələrdən uzaq saxlanılmalıdır. Əks halda, müstəqillik uğrunda kürd xalqı yeni bədəl ödəyə bilər. Tarix bizə bunu göstərir. Ona görə də düşünürəm ki, bu mövzuya həssaslıqla yanaşılmalıdır”.
 Öneş Türkiyənin Kürdüstanın müstəqilliyinə qarşı çıxması ilə bağlı yayılan fikirlərə belə cavab verib:
 “Bu barədə danışmaq hələ çox tezdir. Türkiyənin kürd problemini həll etmədən necə siyasət yürüdəcəyi bəlli deyil. Lakin Yaxın Şərqdəki durum nəzərə alınaraq qərarlar qəbul edilməlidir”.
 Qeyd edək ki, Şimali İraq Kürd Regional Rəhbərliyi müstəqilliklə bağlı referendum keçirəcək.