​Yasamalda yeni komfort pullu dayanacaq istifadəyə verildi - FOTOLAR

 
 
Ədəb-ərkanla “Diqqət! Siz pullu dayanacağa daxil olursunuz!” yazılı löhvə dikilmiş bu dayanacaqda hər kəs avtomobilini rahat şəkildə parklaya bilər. Ödənişi yaxınlıqdakı parkomat aparatı və ya gözətçi vasitəsi ilə ödəmək mümkündür. 
 
Yağışlarla əlaqədar sürücülərə rahat şərait təşkil etmək məqsədilə yaradılmış bu dayanacaq  Bakı şəhərinin Yasamal raonunda – Ələsgər Ələkbərov və Seyfəddin Dağlı küçələrinin kəsişməsində, düz “Space” telekanalı ilə üzbəüz, kanalizasiya lükünün lap yanında yerləşir. Kimsə bu dayanacağı “görə” bilmirsə,  Bakıya  az-maz yağış yağan kimi biz bələdçilik edə bilərik.

Загрузка...
Загрузка...