Yasamalda dava: Xalası oğlunu “beşbarmaq”la vurdu

Bakının Yasamal rayonunda cinayət hadisəsi baş verib.
Publika.az xəbər verir ki, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən mənzildə 1990-cı il təvəllüdlü Vüsal Salayev xalası oğlu ilə mübahisə edib.
Mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı Vüsal Salayev xalası oğlu tərəfindən “beşbarmaq”la vurulub.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov

Загрузка...
Загрузка...