​Yarışda zədələnən ATV-nin aparıcısından YENİ XƏBƏR

 
 
 
 
Ötən gün “Red Bull Soapbox” yarışı zamanı aparıcılıq edən Nərgiz Məmmədova iştirakçılardan birinin arabasına çırpılıb. Nərgizin xəstəxanaya aparılması ilə bağlı xəbərlər yayılıb.
 
Publika.az-a açıqlama verən Nərgiz hər şeyin yaxşı olduğunu deyib. Bildirib ki, həmin hadisədən sonra aparıcı kimi işini davam etdirib.
 
Nərgizin yaxın rəfiqəsi Afaq Gəncəli də danışıb: “Şükür Allaha, hər şey yaxşıdır, Nərgiz sağ-salamatdır. Allah necə saxladısa, Nərgiz heç bir xəsarət də almadı. Tibbi yardım maşını gəldi, ilk yardım göstərdi getdi. Nərgiz işinə davam elədi. Biz gülə-gülə şəkil də çəkdirib paylaşmışıq. Bəzi insanlar yazdılar ki, guya hadisə Nərgizin diqqətsizliyi üzündən baş verib. Yalan söhbətdir, yarışmaçının sürəti tənzimləməməsi üzündən bu hadisə baş verdi”.