Yaponlar yenə dünyanı heyrətləndirdilər - VİDEO - FOTO 3

 
Sağ əlləri Bakıdakı küçələrin təmiri ilə məşğul olanların başına...
 
Bu sözləri Yaponiyanın Fukuoka şəhərində baş verənləri seyr edəndən sonra söyləmək keçir könüldən. Gerçəkdən də, yaponlar yenə dünyanı heyrətləndirməyi bacarıblar.
 
Turaninfo.Az The Guardian-a istinadən bildirir ki, Fukuoka şəhərinin mərkəzi küçələrindən birində yolun çökməsi, 30 metrlik dəliyin yaranması barədə xəbər vermişdik.
 
Bax: Şəhərin mərkəzi yolu çökdü: Böyük çuxur əmələ gəldi - FOTO
 
Həmin küçə insidentdən 48 saat sonra tam təmir olunub, istifadəyə verilib.
 
Noyabrın 8-də küçənin çökməsi və dəlik yaranması nəticəsində kanalizasiya boruları, elektrik və qaz xətləri, habelə kommunal infrastruktur vahidləri darmadağın olmuşdu.
 
Bəhs etdiyimiz problemlər aradan qaldırılandan sonra srağagün küçənin təmirinə başlanıb. Tam təmir 48 saat çəkib. Çuxura 6200 kubmetr qum və beton tökülüb.
 
Fukuoka şəhərinin meri Soiçiro Takaşima isə küçənin çökməsinin və nəhəng çuxurun yaranmasının səbəblərinin araşdırıldığını deyib.