​ Yaponiyada uşağı iş yerinə gətirməyə icazə verilir

Yaponiyanın bəzi şirkətləri qadın əməkdaşlara uşaqlarını ofisə gətirməyə və ya evdə uşaqlarına qulluq edə-edə işləməyə icazə verib.Turaninfo.az  Novator.az-a istinadən  xəbər verir ki, bununla şirkət rəhbərləri işçi qüvvəsinin çatışmazlığı problemini həll etmək və əmək kollektivlərində qadınların sayını artırmaq istəyirlər.
Bəzi şirkətlər uşağı doğulduğuna və ya uşağa evdə qulluq etmək məcburiyyətində qaldığına görə işdən çıxmış şəxsləri işə qaytarmaq üçün başqa metodlar da axtardığını bəyan edib.
Bundan əvvəl Böyük Britaniya alimləri müəyyən etmişdilər ki, ştatdankənar işçilərin azad rejimdə işləməsi onları daha xoşbəxt edir.