​Yaponiyada ilanvari bulud hamını heyrətləndirdi - SİRLİ TƏBİİ HADİSƏ - VİDEO

Yaponiyanın Dzeesu şəhərinin sakinləri təəccüblü təbii hadisənin şahidi olublar.
Publika.az bildirir ki, Daily Mail nəşrinin məlumatına görə, şəhərin üzərində, səmada öz forması ilə ilanı xatırladan, qeyri-adi qıfaoxşar bulud əmələ gəlib. Tezliklə isə “bulud” yuxarı qalxıb və tədricən tamamilə yox olub. Müəmmalı hadisəni videoya çəkməyi bacaran sakinlər, onu mətbuata ötürüblər.
Videoyazıya baxdıqdan sonra alimlər izah ediblər ki, belə hadisələr, bir qayda olaraq, topa buludlardan yaranır və qasırğaya sonradan çevrilir.
 
Zaur H.

Загрузка...
Загрузка...