Yaponiyada iki nəfər asılma yolu ilə edam olunub

Yaponiyada cümə günü iki ölüm hökmü icra olunub.
Turaninfo.az "Report"-a istinadən  xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Misuxide İvaki keçirdiyi mətbuat konfransında bildirib.
Bundan əvvəlki ölüm hökmü ötən ilin dekabrında icra olunub. Yaponiyanın Nazirlər Kabinetinə Sindzo Abenin rəhbərlik etdiyi üç il ərzində ümumilikdə 16 cinayətkar edam olunub. Hazırda daha 126 nəfəri edam gözləyir. Bir qayda olaraq ölüm hökmləri dərhal deyil, məhkəmənin qərarından bir neçə il sonra yerinə yetirilir.
Ölkədə yeganə edam üsulu asılmadır.