Yaponiyada amerikalı əsgərlərə içki qadağan edildi: İçib dinc sakinləri öldürürlər

Yaponiyanın Okinave bölgəsində xidmət edən ABŞ hərbi qulluqçularına alkoqollu içkilərdən istifadə qadağan edilib.
Publika.az xəbər verir ki, buna səbəb içkili əsgərlərin yerli sakinlərin ölümünə səbəb olan qəzalar törətməsi olub.
Ötən həftə ABŞ hərbçilərinin keçirdikləri əməliyyat zamanı əsgərlərdən biri içkili olub və ehtiyatsızlıqdan dnc sakinlərdən birinə atəş açıb. Bir neçə gün sonra isə içkili Amerika əsgərləri idarə etdikləri avtomobili Yaponiya vətəndaşının üzərinə sürüb. Hadisə nəticəsində piyada həlak olub.
Yaponiyadakı ABŞ komandanlığının rəsmi bəyanatında hərbi qulluqçuların öz evlərini və hərbi bazalarını tərk etməsi də qəti şəkildə qadağan edilib:
“Nəinki hərbi bazada eləcə də, şəxsi evdə, ictimai yerlərdə (barda, klublarda, müehmanxanalarda) ABŞ hərbi qulluqçularına alkoqollu içkilər qəbul etmək artıq qadağandır.”
Yaponiyanın Okinave əyalətində 25,8 min amerika hərbi qulluqçusu xidmət edir ki, onların da təhlükəsizliyi Yaponiya ilə ABŞ arasında bağlanan hərbi sazişə əsasən ölkədəki ABŞ komandanlığı tərəfindən qorunur. Yaponiya prokurorluğu hərbi xidmət çərçivəsində baş verən hadisələrə görə onları ittiham etmə səlahiyyətinə sahib deyil.
Könül Cəfərli

Загрузка...
Загрузка...