Yaponiya baş naziri Putinə Kuril adaları məsələsində yeni yanaşma təklif edib

Soçidə Rusiya prezident Vladimir Putin və Yaponiyanın baş naziri Sindzo Abe arasında görüş olub.
Turaninfo.az RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, üç saatdan artıq davam edən danışıqlarda mübahisəli Kuril adaları məsələsinə toxunulub.
 Bildirilir ki, Yaponiya baş naziri Putinə Kuril adaları məsələsində yeni yanaşma təklif edib. Onun sözlərinə görə, Rusiya prezidenti məsələnin yeni yanaşma yolu ilə həllinə razılıq verib.
 Bundan əlavə, Rusiya və Yaponiya müdafiə və xarici işlər nazirlərinin mütəmadi danışıqlarını nəzərdə tutan  “2+2” formatlı görüşlərin keçirilməsinin bərpasına dair razılığa gəliblər.