Yapon səyyah Ağdamdan şok fotolar göndərdi - VİDEO - FOTOLAR

 
 
Bir vaxtlar gözəlliyindən ağız dolusu danışdığımız Qarabağ artıq hər zaman filmlərdə görüdüyümüz, qurd-quş ulayan viranə qalmış diyarlardan heç də fərqlənmir. Dünyanı gəzən həmyerlilərimiz ən ucqar nöqtələrin şəkillərini çəkib paylaşa bildiyi halda, Qarabağ onlar üçün çox uzaq, bəlkə də imkansızdır.
 
"Qafqazinfo" xəbər verir ki, bunun üçün də tək ümid yerimiz, arabir yadlaşan doğma ocaqdan bizə xəbər ötürən xarici jurnalistlər, dünya səyyahlarıdır.
 
Qarabağdan son foto və videonu Avropanı bir neçə dəfə gəzmiş Şəfəq Əskərovaya yapon səyyah göndərib. Səyyah Yusuke Watanabe ikinci dünya səyahəti zamanı Azərbaycanda da olub. Bakını və qonaqpərvərliyimizi sevən səyyahın Qarabağ məsələsi diqqətini çəkdiyi üçün mütləq oraya gedəcəyini bildirib.
 
Ancaq orada olan zaman nə Yusuke gördüyü mənzərədən razı qalıb, nə də ki, biz onun göndərdiyi fotolarda yaddaşlardakı Şuşa, Qarabağ mənzərələrinə rast gələ bilmişik. Səyyahdan orada müşahidə etdiklərini qısa nəql etməsini xahiş etdiyimiz zaman Qarabağ təəssüratlarını bir sözlə ilə ifadə edə biləcəyini söylədi: “Qafqazın Xerosiması”. O, həmçinin Ağdamdan çəkdiyi videonu "Qafqazinfo"ya göndərib.
 
Səyyahın sözlərinə görə, indiyə qədər seyahətinin ən şokedici görüntüsü idi. Sərhəddi keçəndən sonra oranı bir əsgərlə gəzib. Dil probleminə görə əhali ilə ünsiyyət qura bilməyib.
 
Səyyahın dekabr ayında Qarabağdan çəkdiyi fotoları və Ağdamdan çəkdiyi videonu təqdim edirik.