YAP-da imzatoplama bitdi: deputatdan referendum açıqlaması - ÖZƏL

 
 
Referenduma hazırlıqla bağlı partiyalar fəallaşıb. Hakim Yeni Azərbaycan Partiyası da imzatoplama kampaniyasını uğurla davam etdirir
 
Politika.Az-a verilən məlumata görə, “Yeni Azərbaycan” təşəbbüs qrupu Ağcabədi, Gəncə, Beyləqan, Nərimanov, Səbail, Xəzər və digər rayonlarda imzatoplama kampaniyasını başa çatdırıb.
 
Deputat Azər Badamovun sözlərinə görə, Konstitusiyada nəzərdə tutulmuş 29 dəyişiklikdən 15-i insan hüquq və azadlıqlarının möhkəmlənməsinə xidmət edir:
“Göründüyü kimi, dəyişikliklərin 60%-i vətəndaşların yaxşı yaşamasına xidmət edəcək. Burada dovlətin və bələdiyyələrin mülki məsuliyyətinin artırılması ilə bağlı maddələrdə də dəyişikliklər nəzərdə tutulub.
146-cı maddədə nəzərdə tutulan dəyişiklikdə qeyd olunur ki, bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar.
Konstitusiyaya bu maddənin əlavə olunması bələdiyyələrin məsuliyyətini artıracaq. Konstitusiyada edilən dəyişikliklər mütərəqqidir və ancaq alqışlanmalıdır”.