​Yanvar ayında bu avtomobillər bahalaşır

 
 
 
Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ilin yanvarın 1-dən istifadə müddəti bir ilə qədər olan minik avtomobillərinin idxalına tətbiq olunan gömrük rüsumu 75%, istifadə müddəti bir ildən artıq olan avtomobillər üçün 71,4% artırılır.
 
“Gömrük rüsumunun artırılması bazarda avtomobillərin qiymətinin artmasına səbəb olacaq”.
XALQ.AZ xəbər verir ki, bu sözləri metbuat.az-a açıqlaması zamanı iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, bu, ölkədə həm avtomobil parkının köhnəlməsinə, həm də yollarda təhlükəli köhnə maşınların sayının artmasına səbəb olacaq:
 
“Yeni və köhnə avtomobillərin mühərrikinin həcmindən asılı olaraq, qiymətlərdə 2000 manatdan 20000 manata qədər qədər artım olacaq. Qiymət artımı bahalı və mühərrik həcmi böyük olan avtomobillərə daha çox təsir edəcək. Mühərrik həcmi ən aşağı – 1.6 olan avtomobillərdə isə təqribən 2000-2500 manat bahalaşma olacaq”.
 
Həbib

Загрузка...
Загрузка...