​Yanacaq daşıyan maşın aşdı: Ələt-Astara magistralı bağlandı

 
Lənkəran rayonunun Liman şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində “Ford” markalı minik avtomobili ilə ZİL markalı benzin daşıyan maşınla toqquşub.
Güclü zərbədən ZİL markalı maşın aşıb, benzin yola dağılıb.
Hazırda Ələt-Astara magistralı bağlanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, yola dağılan yanacağın təmizlənməsi üçün tədbirlər görülür