Yalnız köməksiz ahılları və körpələri öldürürlər - Dünyanın ən dəhşətli qadın silsilə qatilləri haqda ARAŞDIRMA

 
 
Təbii ki, bu bir xəstəlikdir. Amma sadəcə xəstəlik kimi qəbul edib onlara haqq qazandırmaq da olmaz. Çünki əksəriyyətinin müayinəsi zamanı onların əqli, fiziki, psixi baxımdan tam sağlam olduqları üzə çıxır.
Statistika göstərir ki, manyaklığa, silsilə qatilliyə meyl iki cins arasında müqayisədə daha çox kişilərə aiddir. Lakin tarixə nəzər saldıqda ağlasığmaz qətllərə əl atan qadınların da az olmadığını görürük.
Moderator.az tarixin ən amansız qadın silsilə qatillərindən bir neçəsini təqdim edir:
 
Beverley Allitt
 
Beverley 1968-ci ildə anadan olub. 1991-ci ildə xəstəxanada pediatr tibb bacısı işinə başlayıb. 58 günlük iş müddətində 4 uşağı öldürüb və 9 uşaq öldürməyə cəhd edib. Ancaq həmin 9 oğlan uşağının bəxti gətirib.
O, yeniyetmə vaxtlarından Münhaüzen sindromuna yaxalanıb. Bu sindroma yoluxan insanlar həmişə xəstə olduğunu düşünür, bu xəstəliyindən başqalarına əzab vermək və öldürmək yolu ilə xilas olacaqlarını düşünürlər.
Xəstəlik Beverley üzərində fantastik hala gəlib. Çünki Beverley uşaqları öldürərəkən onların ömrünün özünə gələcəyini düşünürdü.
Beverley 1993-cü ildə tutuldu və hər kəs kimi günahsız olduğunu iddia etdi. 13 cinayəti sübuta yetirilərək ömürlük həbs cəzasına məhkum edildi.
Ceni Veber
 
1874-cü ildə anadan olub. 1905-ci ildə üç uşağından ikisini itirib. Həmin ilin mart ayında dörd uşağı öldürüb. Bunlardan biri öz oğlu idi.
Cəsədləri araşdırılmış uşaqlarda boğulma əlamətləri aşkar edilib. Aprel ayınd Ceni kiçik bacısını ölümcül hala salarkən evə digər qardaş və bacıları gəlir, uşaq həyatda qalır.
Ancaq Ceni çox bacarıqlı vəkillərin sayəsində həbsxanadan canını qurtara bilir.
Ən təəccüblüsü odur ki, məhkəmədən sonra Ceni dayə kimi işə başlayır. Ceni baxdığı 10 aylıq uşağı öldürərəkən uşağın atası tərəfindən yaxalanır, döyülür.Yenə də Ceni psixi dispanserdən müvafiq sənəd alaraq həbsxanadan uzaq qalır, daha sonra inzivaya çəkilir.
 
Xuana Barraza
 
Barraza 1956-cı ildə anadan olub. Alkoqolik anası Barrazanı 3 pivəyə satır. O, təcavüzə uğrayır və zorlandığı şəxsin uşaqlarını doğmaq məcburiyyətində qalır. Bu hadisə Barraza üçün bəlkə əsas, bəlkə də bəhanə olur və manyaklıq, sislsilə qatilliyə başlayır. Barraza dövlət məmuru cildinə girib evləri gəzir, oğurluq edir daha sonra yaşlıları öldürürdü.
Növbəti qurbanlarından biri ondan şübhələnir, onu evə buraxan kimi gizlicə polisə məlumat verir. Hadisədən xəbərsiz olan Barraza qurbanını öldürərkən cinayət üstünə yaxalanır və etiraf etdiyi 4, etmədiyi 38 cinayətə görə 759 il həbs cəzasına məhkum edilir.
Vera Rençi
 
O, 1903-cü ildə varlı ailədə dünyaya gəlib. Olduqca gözəl Vera 15 yaşında yaşlı kişilərə qarşı maraq hiss etdiyini anlayır. İlk nikahını oğlu Lorensonun atası olan zəngin bir iş adamı ilə bağlayır. Ərini aldatmaqla günahlandırır və onu zəhərli şərabla öldürür. İkinci ərini də eyni şəkildə zəhərləyir.
Onun nikahının nə qədər davam edəcəyinə özü qərar verirdi, əri yox. Veranın hələ ailə həyatı qurmadığı növbəti qurbanının həyat yoldaşının polisə şikayəti əsasında evinə basqın edildi və Veranın evində müxtəlif bədən üzvləri, insan meyitləri aşkarlandı.
Cinayətlərini Edqar Allan Ponun əsərlərindən ilhamlanaraq həyata keçirdiyi məlum oldu.
Ömürlük həbs cəzası alan Vera bir müddət sonra beyininə qan sızması nəticəsində həbsxanada öldü.
 
Dursun Tağıyeva

Загрузка...
Загрузка...