Yağış, duman, qar - HAVA ŞƏRAİTİ DƏYİŞƏCƏK-video

Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, şimal-şərq küləyi, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-8, gündüz 11-16, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
Qərb rayonlarından başlayaraq, yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.