Yadplanetlilərin tikdiyi deyilən piramidaların sirri ortaya çıxdı - FOTOLAR

Əsrlərdir müxtəlif teoremlər irəli sürülsə də, heç cür cavabı tapılmayan “pramidalar necə inşa edildi” sualı axır ki, çözülüb.
Publika.az xəbər verir ki, elm adamları Misirin ən böyük piramidası olan Xeopsun ehramının inşasında tonlarla çəkisi olan daşların necə daşındığına dair yeni məlumatlar əldə edib.
Hətta yadplanetlilərin yardımı sayəsində tikildiyi iddia edilən piramidaların əslində necə ərsəyə gəlməsi inşaatda ali vəzifəsi olan Merer adlı bir misirlinin gündəliklərində ortaya çıxıb.
Təxminən 3000 öncə yazılan bu gündəliklərdə 2.5 ton şəkisi olan nəhəng əhəng daşlarının və qranit blokların taxta səndəllər vasitəsilə Nil çayından inşaat bölgəsinə gətirildiyi yazılıb. Nəqliyyatda istifadə edilən səndəllər bir-birinə möhkəm iplərlə bağlanıb. Misirli mühəndislər Nil sahilindəki limandan piramidanın ucaldıldığı yerə doğru kanal açıb. Nəhəng daşlar bu kanal sayəsində 800 km uzaqlıqdan Nil çayı vasitəsilə gətirilib.
Minlərlə işçinin əməyi sərf edilən bu piramidaya ümumilikdə 170 min ton daş parçası daşınıb. Arxeoloq Mark Lehner Nil çayından açılan kanalın qalıqlarını aşkar etdiklərini bildirib.
Zümrüd

Загрузка...
Загрузка...