Yadplanetlilərin DAHA REAL GÖRÜNTÜLƏRİ yayımlandı - VİDEO

Baxış sayı: 
174
0  
0  

 
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Amerika hərbçilərinin uçan naməlum obyekti izlədiyini göstərən videonu dərc edib.
Publika.az xəbər verir ki, bu haqda “The Independent” nəşri bildirib.
Videoyazıda göstərilir ki, hadisə 2004-cü ildə iki ədəd F/A-18 Super Hornets qırıcısı tərəfindən San-Dieqo sahillərində keçirilən əməliyyat zamanı baş verib. Videoda Yer üzündən 24 kilometr yüksəklikdə naməlum obyekt görünür.
Qeyd edək ki, Pentaqon daha əvvəl ilk dəfə rəsmən naməlum uçan obyektlərin tədqiqatı ilə məşğul olan proqramın mövcudluğunu etiraf edib. 2007-ci ildən 2012-ci ilə qədər həyata keçirilən proqramın maliyyələşdirilməsinə təxminən 22 milyon dollar xərclənib.
Ömər Dağlı

Загрузка...
Загрузка...