​Yadplanetlilər Yerə mesaj göndərdilər — Alimlərdən ŞOK İDDİA

 
Alimlər kosmosdan gələn sirli mesajların yadplanetlilər tərəfindən göndərilmə ehtimalı üzərində düşünürlər.
 
Ölkə.Az xəbər verir ki, kosmosun dərinliklərindən çoxsaylı sirli mesajlar göndərilir və alimlərin fikrinə görə, bu mesajlar yadplanetlilərə məxsusdur. Amma bu iddiaları təsdiq etmək üçün ciddi tədqiqatlar aparılmalıdır.
 
Elmi jurnalda verilən bu xəbərə əsasən, Kanadalı elm adamları fəzada 2.5 milyon ulduz üzərində müşahidə aparıblar və bu ulduzlardan sadəcə 234-ündə müəyyən modulyasiyalar kəşf edilib. Araşdırmalarda bu ulduzlarda qəribə hərəkətlər kəşf edilib.
 
Kanadanın Qvebek əyalətində fəaliyyət göstərən Laval Universitetinin alimləri müxtəlif gizli və sirli siqnallar təsbit etdiklərini bildiriblər.
 
Bu hadisədən sonra Stefen Haukinq və Mark Çukerberq tərəfindən dəstəklənən, yadplanetlilərin varlığını sübuta yetirmək məqsədi ilə qurulan "Breakthrougp Listen" layihəsində bu siqnallar incələnəcək.