"Yadplanetli" uşaq öldü - VİDEO

Hindistanın Uttar-Pradeş əyalətində dünyaya gələn qeyri-adi uşaq ölüb.
Publika.az xəbər verir ki, 2 gün əvvəl burunsuz, qulaqsız dünyaya gələn və yerli sakinlər tərəfindən "yadplanetli" adlandırılan körpə dünyasını dəyişib.
Qeyri-adi görünüşə malik uşaq cəmi 2 gün yaşayıb. Anası deyir ki, nəfəs almaqda çətinlik çəksə də, özünü yaxşı hiss edirdi: "Gecə rahat yatdı. Səhər duranda isə ölmüşdü".
Uşaq Ridli Skottun fantastik filmindəki "yadplanetli" varlığa bənzədilərək lağ obyektinə çevrilmişdi.
Uşağın atası deyib ki, qonşular uşağı "əcaib varlıq" adlandıraraq ona tamaşa etmək üçün evin ətrafından çəkilməyiblər.
 
Könül Cəfərli

Загрузка...
Загрузка...