​Yadplanetli gəmisi Lütesiya asteroidinin üstündə - Şok Video

 
Ufoloqlar NASA-nın ciddi rəng süzgəci senzurasına baxmayaraq, bu günlərdə fotolar içində Lütesiya asteroidinin üzərində oturmuş çox müəmmalı bir obyektin görüntüsünü müşahidə ediblər.
 
Teleqraf.com xəbər verir ki, müşahidə edilən obyekt öz təbiəti etibarilə çox mürəkkəb texniki quruluşa malikdir və gövdəsi 70 km sahəni əhatə edir.
 
Virtual arxeoloqlar əmindir ki, bu, asteroidin qurşaqlarında özünü gizlədən nəhəng bir yadplanetli gəmisidir. Ufoloqları təəccübləndirən odur ki, nədən avropalı mütəxəssislər də amerikalı həmkarları kimi kosmik araşdırmalarını onlardan gizlədərək ictimaiyyətlə oyuna girişirlər. Onlar iddia edir ki, internrtdə yerləşdirməsə belə, ESA-nın əlində (Avropa Kosmik Agentliyi) bu fantastik obyektin daha keyfiyyətli görüntüləri var.
 
Qeyd edək ki, Lütesiya asteroidi 1852-ci il noyabrın 15-də parisli German Qoldşmit tərəfindən kəşf edilərək Parisin əski adının şərəfinə Lütesiya adlandırılıb. 2010-cu il uyulun 10-da isə Çüryumov-Gerasimenko kometinə ESA-nın göndərdiyi Rozetta kosmik zondu Lütesiya asterioidinin cəmi 3160 kilometrliyindən keçərək 500-dən çox yüksək keyfiyyətli fotolar çəkib.

Загрузка...
Загрузка...