Xəzərdə Rusiya tankerində baş verən yanğında bir nəfər ölüb, 18 nəfər təxliyə olunub - YENİLƏNDİ 2

Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğının söndürülməsinə Azərbaycana məxsus üç gəmi və üç helikopter cəlb olunub. APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 Hadisə nəticəsində tankerin baş mexaniki ölüb. Onun adı açıqlanmır.
 Bundan başqa, 18 nəfərin təxliyə olunduğu təsdiqlənib.
Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb, 18 nəfər təxliyə olunub.
 APA-nın məlumatına görə, bu barədə RİA "Novosti" agentliyinə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 Hadisə Həştərxandan 800 km uzaqlıqda, Xəzər dənizinin Türkmənistan akvatoriyasında baş verib.
 Hadisə nəticəsində bir nəfər vəfat edib.