Xəyanətkar türk yazar İspaniyada saxlanıldı - Təcili

 
İspaniya polisi Türkiyənin istəyi ilə türk əsilli yazıçı Doğan Axanlını həbs edib.
 
Turaninfo.org-un "RİA Novosti"yə istinadən xəbərinə görə, o, yerli vaxtla 8.30-da (Bakı vaxtı ilə 10.30) məzuniyyətini keçirdiyi Qranada şəhərində saxlanılıb. Xəbərə görə, polis həbsi İnterpolun təcili istəyi ilə həyata keçirib.
 
Yazıçının vəkili bildirib ki, Doğan Axanlı Türkiyədə onun barəsində açılan cinayət işinə görə saxlanılıb. O əlavə edib ki, cinayət işi siyasi xarakterlidir.
 
60 yaşlı Doğan Axanlı 1992-ci ildən Almaniyada yaşayır və bu ölkənin vətəndaşıdır. Onun işlərinin əsas mövzusu qondarma erməni soyqırımına xidməıt edir.
 
Qeyd edək ki, Doğan Axanlı saxta erməni soyqırımının tanınması üçün Almaniya Kansleri Angelə Merkələ müraciət edən 43 nəfərdən biri idi.

Загрузка...
Загрузка...