Xəyal Əhmədov ermənini nakauta saldı - Almaniyada parlaq qələbə - Fotolar+Video

 
Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov A1WCC versiyası üzrə keçirilən beynəlxalq turnirdə parlaq qələbə qazanıb.
 
Missiya.Az xəbər verir ki, bu gün  Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti nüfuzlu beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi təmsil edən Xəyal Əhmədov rinqdə erməni döyüşçü Cioran Apuyepyanla üz-üzə gəlib. X.Əhmədov qarşılaşmanın ilk dəqiqələrindən ermənidən güclü oduğunu nümayiş etdirib və elə 1-ci raundda onu nakauta salaraq qələbə qazanıb.
 
 
Qeyd edək ki, “A1 World Combat Cup”un təşkilatıçılığı ilə keçirilən yarış dünyada “Səkkizlik” adı ilə də məşhurdur.
 
Bu, birinci dəfə deyiy ki, X.Əhmədov erməni döyüşçü üzərində qələbə qazanır. O, ötən il Tiflisdə keçirilən Dünya Kuboku turnirində də erməni döyüşçü Q.Koçaryanı nakautla məglubiyyətə uğratmşdı.
 
 
X.Əhmədov bundan əvvəl bu il mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçirilmiş “K-1” versiyası üzrə beynəlxalq turnirin qalibi olub. Polyak idmançı ilə üz-üzə gələn həmyerlimiz çətin döyüşdə tam üstünlük nümayiş etdirərək parlaq qələbə qazanmışdı.