XXI əsrin Nostradamusu: Heç vaxt yanılmamış ekstrasensdən - Şok

 
Huselino Nobreqa de Lusa Braziliyanın Nostradamusu deyirlər. O, gələcəkdə baş verəcək hadisələri yuxusunda görür.
 
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Lus bu bacarığını 1979-cu ildə üzə çıxarıb. Həmin vaxt onun 19 yaşı vardı. O, yuxusunda Braziliya şahzadəsi Diananın qəzada öldüyünü görüb. Bu fikrini ictimaiyyətə çatdırmaq istəsə də, buna nail olmur. Heç kəs ona inanmır. Ax o, tanınmayan şəxs idi. Diana 1997-ci il avqustun 31-də Parisdə avtoqəzada ölür.
 
 
 
Lus ikinci hadisənin 2001-ci il sentyabrın 11-də baş verəcəyini deyir. Braziliyada kifayət qədər tanınan ekstrasensin bu fikri ABŞ rəhbərliyi tərəfindən yalnız hadisədən sonra üzə çıxarılır.
 
 
 
O, bugünə qədər yalnız bir faciənin qarşısını ala bilib. Bu faciə San Paulodan 2014-cü ilin noyabrına uçmalı olan təyyarə ilə bağlı olub. Yuxusunda təyyarənin qəzaya uğrayacağını görən Lus bu barədə şirkəti məlumatlandırıb. Nəticədə həmin reys ləğv edilib.
 
Lusun ABŞ üçün növbəti faydası İraqın sabiq lideri Səddam Hüseynin yerini deməsi olub. O, başına 15 milyon dollar mükafat qoyulan Səddamın yerini dəqiq deyir, ancaq ABŞ hökuməti ona "qara qəpik" də vermir. Lus məhkəmədə də uduzur.
 
 
 
Braziliyalı ekstrasens tək ölkələrlə deyil, dünya ilə bağlı da yuxular görür. O bildirib ki, 2018-ci ildə dünyada böyük kosmik faciə baş verəcək və 2043-cü ildə dünyanın yalnız 20 faizi mövcud olacaq. Qalan 80 faiz isə insanlıq cinayəti səbəbindən məhv olacaq.
 
 
 
Müəllif: Samir

Загрузка...
Загрузка...