“Xudu Məmmədov millətin dərdləri ilə yaşayan böyük ziyalı idi” - Qulu Məhərrəmli

 
 
 
Bu gün böyük alim, geologiya-minerologiya elmləri doktoru Xudu Məmmədovun anadan olmasının 90-cı ildönümüdür. O, təkcə öz sahəsi ilə yox, həm də humanitar təfəkkürü, ictimai fəallığı ilə də çağdaş Azərbaycan ziyalı elitasının liderlərindən birinə çevrilmişdi. Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü olan tək-tük alimlərimizdən biridir.
 
O, milli və elmi irsin təbliği üçün mətbuat və televiziyadan da aktiv faydalanırdı. Dövlət Televiziyasında hamının maraqla gözlədiyi televiziya proqramlarının müəllif və aparıcısı olub.
Professor Quluy Məhərrəmli Moderator.az saytına açıqlamasında yubilyar barəsində öz təəssüratlarını bölüşüb:
 
“Professor Xudu Məmmədov XX əsr tariximizin çox parlaq şəxsiyyətlərindən biridir. Onun həyatı elmi düşüncə ilə ictimai düşüncəni birləşdirməyin, bütün varlığı ilə mənsub olduğun millətə xidmət etməyin parlaq nümunəsidir. Xudu müəllim Azərbaycan elminin hüdudlarını genişləndirən, Avropa elminə də töhfələr verən, bir elm sahəsi kimi kristalloqrafiyanı yeni mərhələyə qaldıran alim olub. Elmi bilikləri populyarlaşdırmaq, elmi düşüncəni yaymaq sahəsində də onun böyük xidmətləri danılmazdır. Xudu müəllim millətin dərdləri ilə yaşayan böyük ziyalı idi. Bəzən bizim babat alimlərimiz olur, amma onlar ictimai həyata qoşulmur, üzdə olmaqdan qorxur, çəkinir, milli problemlərə münasibət bildirmirlər. Amma Xudu müəllimin böyüklüyü, şəxsiyyətinin gücü onda onda idi ki, millətin dərdlərini duyur və dilə gətirərdi. Həm də ölkə problemlərinin həlli üçün çalışırdı. Bax, buna görə Xudu müəllim xalqımız üçün bu qədər əziz, milli yaddaşımız üçün bu qədər dəyərlidir".
 
Elmin Nuri

Загрузка...
Загрузка...