Xudatda 80 yaşlı qadın boğazı kəsilərək qətlə yetirilib

Xudat şəhərində qətl hadisəsi baş verib.
APA-nın məlumatına görə, Xudat şəhəri Zeynalabdin Tağıyev küçəsi 79 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Şıxverdiyev Rafiq Məhəmməd oğlu qonşusu 1936-cı il təvəllüdlü İbrahimxəlilova Fatma Ramazan qızını boğazını kəsərək qətlə yetirib.
 Hadisəni törədən Şıxverdiyev Rafiq Məhəmməd oğlu Xudat şəhər Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
 Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.