Xəstəni təcili tibbi yardımda unutdular: həkim gələnə qədər öldü - FOTO/VİDEO

Baxış sayı: 
240
0  
0  

ABŞ-ın Nyu-York şəhərində başından ağır yaralanan şəxs müraciət etdiyi xəstəxananın təcili tibbi yardım şöbəsində unudulub.
Publika.az xəbər verir ki, 53 yaşındakı Angel Rivera 9 saat qəbul otağında qaldıqdan sonra güclü ağrılardan komaya düşərək dünyasını dəyişib. Onun səslənişlərinə heç kim fikir verməyib.
Xəstəxanadan verilən məlumata görə isə, əməkdaşlar xəstəyə ilkin yardım göstərdikdən sonra növbətçi həkimin gəlməsini gözləməsini deyiblər.
Ekspertiza nəticəsində şəxsin beyinə qan sızma nəticəsində öldüyü təsdiqlənib.
Ehtiyatsızlıq səbəbindən ölən xəstənin yaxınları xəstəxananı məhkəməyə verib.
Faktla bağlı cinayət işi açılıb.
 

Загрузка...
Загрузка...