​“Xəstə olduğumu desəm, Rasim Balayevin gününə düşəcəm” -Əkrəm Əylisli

 
 
Yazıçı Əkrəm Əylisli uzun müddətdir ki, mətbuatın suallarından qaçır. Bu yaxınlarda 80 illik yubileyini də səssiz keçirən yazıçı nədənsə danışmaq istəmir.
 
Moderator.az-ın verdiyi xəbərə görə, bir neçə gün bundan qabaq Modern.az-ın əməkdaşı Əkrəm Əylisli ilə əlaqə saxlamağa çalışıb. Xəstə olduğunu desə də, hansı xəstəlikdən əziyyət çəkməsi barədə suala fərqli tərzdə cavab verib.
 
“Bir müddətdir ki, xəstəyəm. Xəstəlik barədə danışsam, mətbuat məni xalq artisti Rasim Balayevin gününə qoyacaq. Bu formada gündəmə gəlmək istəmirəm. Ən yaxşısı, telefonları söndürməkdir”.
 
Qeyd edək ki, Əkrəm Əylisli "Daş yuxular" əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etməsi ilə ittiham edilərək, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və “xalq yazıçısı” fəxri adından məhrum edilib.

Загрузка...
Загрузка...