Xoşqədəmlə Doğuşun əkiz övladları dünyaya gəldi -FOTO

Türkiyəli müğənni Doğuşla ailəli olan teleaparıcı Xoşqədəm Hidayətqızı ana olub.
“Qafqazinfo”nun məlumatına görə, cütlüyün əkiz oğlanları “Şişli Kolan İnternetional Hospital” xəstəxanasında dünyaya gəlib. Cütlük övladlarından birinə Arda adını qoyublar, digərinə isə hələ ki, ad seçmədiklərini bildiriblər.
Bu barədə türkiyəli sənətçi Demet Akalın sosial şəbəkədə yazıb: “Dostumun iki aslan parçası övladı oldu. Təbriklər! Ən böyük ata – Doğuş ata!”.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı Doğuşla 2014-cü ildə ailə həyatı qurub.