Xoşqədəmdən qeyri-etik hərəkət - "Allah onları bir gün bu verilişə dərdləriylə gətirsin"

Baxış sayı: 
179
0  
0  

 
 
Sosial şəbəkədə "Səni axtarıram" verilişinə dəvət alan şəxslərdən biri bu barədə paylaşım edib. Paylaşım edən şəxsin dostları statusun altında müxtəlif səpkili şərhlər yazıb. Şərhlərdən bəzilərində izləyicilər bu verilişin şou olduğunu, bu proqrama qatılmağın düzgün olmadığını qeyd edib.
 
Moderator.az xəbər verir ki, verlişin aparıcısı Xoşqədəm Hidayətqızı proqramın qurama olduğunu yazan şəxslərə ünvanladığı şərh izlyicilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, aparıcı şərhində izləyiciləri peşəkarlığa və insanlığa zidd formada qarşılayıb. O, bu tip şərhləri yazanları açıq formada qarğıyıb. Xanım aparıcının yazdığı şərhi olduğu kimi təqdim edirik:
"Allah onları bir gün bu verilişə dərdləriylə gətirsin. İnşallah o zaman kiminsə dərdini şou adlandırmazlar. İnşallah bu arzum da yerinə yetər".
Qeyd edək ki, Xoşqədəm Hidayətqızının apardığı proqramların kadrarxası çəkilişləri dəfələrlə sosial şəbəkələrdə yayılmış və bu verilişlərdə reytinq naminə atılan addımlar dəfələrlə ifşa edilib.
 
 
Dursun Tağıyeva

Загрузка...
Загрузка...