Xoşqədəm Hidayətqızı Doğuşun oğurluq etməsindən yazdı

Teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə həyat yoldaşı Doğuş haqqında  status yazıb.
 Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı Doğuşun uşaq vaxtı yaşadığı çətinliklərdən bəhs edib: “Doğuşun həyat hekayəsini xatırladım. İstanbulda həmin məkandan keçərkən mənə yaşadıqlarını danışmışdı. Günlərlə ac qalıb, sonra ac qalmamaq üçün parkda anasının yanında  gəzən bir uşağın əlindən simiti alıb qaçır. Polis uşağın anasının şikayət edəcəyini gözləyir. Tam əksinə qadın ağlayaraq "Ona toxunmayın, o ki mənim çantamı oğurlamadı, ac qalmamaq üçün smiti aldı" deyir. Polis nə edib? Doğuşa "Ac qalmamaq üçün də olsa, oğurluq etmək olmaz,  bunun üçün ya çalışmalısan, ya da sənin yaşda olan uşaqlar kimi uşaq evlərində olmalısan, orada istədiyin qədər yemək var" deyir. Polis Doğuşa pul da verir. Hətta ünvanını verir ki, ac olanda gedib ondan pul alsın, oğurluq etməsin. Polislə söhbətindən sonra anasını axtaran Doğuş qaçdığı uşaq evinə qayıtmır, özünə iş tapır. Ayaqqabı boyayaraq gündəlik çörək pulunu qazanır. O qadının göz yaşı, mərhəmət hissi, polisin onunla söhbəti... Hər halda Doğuşun həyatı həmin gün dəyişir”.
- See more at: http://teleqraf.com/news/99418#sthash.8H6GsRTm.dpuf