Xorvatiyadan Avropaya Türkiyə xəbərdarlığı - Təcili

 
 
Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı müzakirələrin dondurulması Avropanın maraqlarına cavab vermir.
 
Axar.az xəbər verir ki, bu barədə bəyanatı Xorvatiya Xarici İşlər Nazirliyi yayıb.
 
Qeyd edək ki, dünən Avropa Parlamenti Türkiyənin AB-yə üzvlüyü ilə bağlı müzakirələrin müvəqqəti dondurulması haqqında qərar qəbul edib. Səsvermə zamanı Türkiyənin lehinə 37, əleyhinə isə 479 nəfər səs verib. Türkiyə AP-nin bu qərarını sərt tənqid edib.