Xoruldamaqla köklük arasında əlaqə tapıldı - MARAQLI...

 
 
“Beth Israel Deaconess” Tibb Mərkəzinin mütəxəssisləri və Harvard Tibb Məktəbinin Universitet Mərkəzi uşaqların xoruldamasıyla proqressiv köklük arasında əlaqəni müəyyən ediblər.
 
Moderator.az-ın rus versiyası  yazır ki, 1100 uşaq üzərində aparılmış araşdırmanın nəticələri “RealClearScience” portalında dərc olunub.
 
Ekspertlərin fikrincə, artıq çəki “obstruktiv apnoes yuxu” adlanan SOAS sindromu ilə sıx bağlıdır. Bu,  tez-tez yüksək səslə xoruldama ilə müşayiət olunan bir xəstəlikdir. Bu xəstəlik diabet və ürək-damar xəstəliklərinin inkişafı ehtimalını da artırır.
 
Endokrinoloq Kristos S. Mancorosa  belə nəticəyə gəlib ki, uşaqlarda ağır çəki və xoruldama “zərərli metabolik dairə” yaradır. Həm də belə uşaqlar keçid dövründə davranış problemlərindən də əziyyət çəkirlər. Bununla  çəkini azaldaraq və SOAS-ın düzgün müalicəsi ilə mübarizə aparmaq olar.

Загрузка...
Загрузка...