Xocalı soyqırımında iştirak edən erməni Suriyada öldürüldü

 
Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqqlarına təcavüzdə iştirak edən Nubar Ozanyan Suriyada öldürülüb.
Turaninfo.org  modern.az saytına istinadən xəbər verir ki, Suriyanın kürdlərin nəzarəti altında olan Rojava bölgəsində İŞİD-lə döyüşlərə qatılan Ozanyan ötən gün öldürülüb.
Kürd peşmərgələri onun fotosunu dərc ediblər.
Xatırladaq ki, Nubar Ozanyan 1991-1992-ci illərdə Qarabağ döyüşlərində aktiv iştirak edib. O həmçinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı işğal olunan zaman döyüşlərin iştirakçısı olub.

Загрузка...
Загрузка...