​Xiyabanini qoruya bilmədiyi üçün özünü güllələyən, sərbəst şeirin “atası” sayılan şair- PORTRET

 
 
 
 
 "Əziz yoldaşlar, biz ədəbi inqilabın çətin vaxtlarını yaşayırıq. Bizim istədiklərimiz heç də düşüncə və incəsənət dünyasında, ədəbiyyatda müasir eranı yaratmaqdan az deyil. Köhnəlmiş lakin, hələ də üstün olan statusu dəyişərək yeni müasir status ilə əvəz etmək ... Dil insanın fikir və hisslərini ifadə etmək üçün alətlərdir. Əgər biz iddia edə biləriksə ki, insan fikirləri və hissləri minillər ərzində heç bir dəyişikliyi qəbul etmir, onda dil dəyişikliyi yararsız ola bilər. Aydındir ki, intellektual və perseptual müasirlik ədəbi müasirliyi tələb edir".
 
Bu sözlərin müəllifi Fransada təhsil alan və orada bir müddət işləyən təbrizlidir. Cəmiyyət üçün əsas dəyərlərdən biri kimi bədii təfəkür və onun ifadə vasitəsi olan poeziyanı gördüyündən, bu sahədə də əsaslı bir dəyişikliyin olmasına can atır. Məqsədinə çətinliklə də olsa nail olur. Yaşı yüzillərləı ölçülən İran şeirində sərbəst şeiri məhz o yaradır.
 
Moerator.az xəbər verir ki, o, yəni Mirzə Tağıxan Məhəmməd  oğlu Rafət Təbrizi 1889-cu ildə Təbriz şəhərində anadan olub. Mirzə Tağıxan mədrəsəni başa vurduqdan sonra Osmanlı dövlətinin paytaxtı İstanbula gedir. Orada fransız dilində təhsil aldıqdan sonra Trabzona gedərək, iranlıların açdığı Naseri məktəbndə müəllim, sonra müdir işləməyə başlayır. O, məktəbdə fransız dili dərsləri deməklə yanaşı, Parisdəki qəzetlərə ədəbi-siyasi məqalələr yazır.
 
Mirzə Tağıxanın həyat və yaradıcılığı, ictimai xadim və journalist kimi fəaliyyəti çox məhsuldar olub. Amma onun ömrünün ən vacib illəri böyük vətənpərvər Şeyx Məhəmməd Xiyabani ilə bağlıdır.
Ağır günlərdə Xiyabani ilə bir cəbhədə olan,"Təcəddüd " qəzetinin 59-86-cı saylarına redaktorluq edən Mirzə Tağıxan Rafətin rəhbərliyi ilə Demokrat Partiyası Azərbaycan təşkilatının gənclər qolunun “Azadistan” adlı elmi, nəzəri-siyasi jurnalı nəşrə başlayır. İstiqlaliyyət, dil, ədəbiyyat məsələlərini işıqlandıran jurnalın ayda iki sayının çap edilməsi planlaşdırılsa da, cəmi 3 sayı işıq üzü görür.
Xiyabaninin başçılıq etdiyi hökumətdə maarif və mədəniyyət məsələrinə Mirzə Tağıxan Rafət rəhbərlik edir.
 
Təbrizə vali təyin edilmiş Müxbirəssəltənə ordu rəhbərləri ilə gizli danışıq apararaq sentyabrın 12-də sübh çağı Alaqapıda Ş.M.Xiyabanının və hökumət rəhbərlərinin evlərinə, idarələrinə basqın təşkil edəndə Mirzə Tağıxan Rafət bir neçə yoldaşıyla Ərvənəq kəndlərinə gedibmiş. O, qurduqları milli hökumətin süquta uğradığını, Xiyabaninin öldürüldüyünü, yolunda canından keçməyə hazır olduğu xalqın onları lazımınca müdafiə etmədiyini eşidəndə tapançasıyla özünü öldürür.
 
Fransadakı romantizm cəryanının təsirilə türk, fars, fransız dillərində şeirlər və pyeslər yazan ədibin “Xosrov Pərviz” adlı məzmun pyesi daha məşhur olmuşdu. Demokrat Partiyasının əksər üzvləri kimi M.T.Rafətin evi də talan edildiyindən onun əsərlərinin bir çoxu məhv edilir.
Ş.M.Xiyabani, M.T.Rafət vətən və millət yolunda şəhid olsalar da, onların ideyaları yaşayır. “Rafət Məktəbi” adlandırılan ədəbi məktəb İranda yaşayan xalqların ədəbiyyatına güclü təsir edir. Həbib Sahir, Əhməd Xürrəm, Tağı Bərzgər, Yahya Mirza Danişi (Yəhya Ariyanpur) və b. özlərini "Rafət Məktəbi" davamçıları sayırlar
 
Qeyd: yazıda tədqiqatçı Əli Şamilin Mirzə Tağıxan Rafətə hsər etdiyi araşdırma məqalədən istifadə edilib.
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...