Xırdalanda arvadını öldürən ər intihara cəhd etdi – Təfərrüat.

Baxış sayı: 
102
0  
0  

Xırdalan şəhərində arvadını öldürməkdə təqsirli bilinən Seynur Abbasovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Turaninfo.org xəbər verir ki, Seynur Abbasovun barəsində toplanmış material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.

Hazırlıq iclası iyulun 27-nə təyin edilib.

İttihama görə, hadisə Xıradalan şəhərində baş verib.

Bu ilin martın 22-də 29 yaşlı Türkanə Məmmədcanova evdə həyat yoldaşı, 40 yaşlı Seynur Abbasovla mübahisə edib.

Qısqanclıq nəticəsində yaranan mübahisə zamanı Seynur Abbasov Türkanə Məmmədcanovaya bir neçə bıçaq zərbəsi vurub.

Yaralı çoxlu qan itirərək hadisə yerində dünyasını dəyişib.

Həyat yoldaşını öldürən Seynur Abbasov bıçaqla özünə də xəsarət yetirib. O, polis nəzarətində xəstəxanaya çatdırılıb. Həkimlər yaralının həyati təhlükəsini aradan qaldırıblar.

İstintaq orqanı tərəfindən Seynur Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Загрузка...
Загрузка...