Xidməti maşınları geri alınan qurumlar - Siyahı

Baxış sayı: 
168

 
 
Müəllif Hüquqları Agentliyinin xidməti avtomobillərinin istifadəsinə xitam verilməsi barədə xəbər yayılıb. Lakin qurum məlumatdan dərhal sonra rəsmi açıqlama yayaraq, avtomobillərinin əlindən alınmadığını bildirib.
 
Axar.az xəbər verir ki, məsələ ilə bağlı agentlikdən Report-a bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə agentliyin nəqliyyat vasitələri üçün qoyulan limit aradan götürülüb:
 
“Yəni qərara əsasən, sadəcə limit götürülüb, avtomobillərin geri alınmasından söhbət getmir”.
 
Xatırladaq ki, indiyədək Müəllif Hüquqları Agentliyinə dövlət tərəfindən 2 avtomobil verilib.
 
Bundan öncə 3 qurumun - Milli Arxiv İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin xidməti avtomobilləri geri alınmışdı. Bu 3 qurumun ümumilikdə 7 ədəd xidməti maşını var idi.
 
11 oktyabr tarixində isə Mədəniyyət və Turizm Nazirliyinin xidməti avtomobillərinin sayı 71-dən 22-yə salınmışdı. Qərarın səbəbi açıqlanmasa da, təklifin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən irəli sürüldüyü bildirilmişdi.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin bu addımı 10 oktyabr və 8 dekabr tarixlərində “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarına əsaslanır.

Загрузка...
Загрузка...