"Xarici mediaya çıxmaq olduqca önəmlidir, bu sahədə müntəzəm iş aparmaq zəruridir"

 
 
Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, erməni yalanlarının ifşa edilməsi baxımından milli medianın üzərinə əlahiddə məsuliyyətin düşdüyü birmənalıdır.
 
Maraqlıdır, bu məsələdə Azərbaycan dili ilə yanaşı, həm də əcnəbi dillərdə fəaliyyət göstərən media orqanlarının məxsusi önəmi varmı? Əcnəbi dillərdə fəaliyyət göstərən media orqanlarının say və fəaliyyətinin genişlənməsi nə dərəcədə zəruridir?
 
Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bu məsələdə medianın əhəmiyyətinin danılmaz olduğunu vurğuladı:
 
“Təbii ki, bu məsələdə medianın üzərinə məsuliyyət düşür. Lakin Azərbaycanda əcnəbi dildə fəaliyyət göstərən media orqanlarınınsayı elə də çox deyil. Bu media orqanlarının beynəlxalq ictimaiyyətə yönəlik fəaliyyət göstərmələri vacibdir. Çünki onlar əgər daxili auditoriyaya yönəlik fəaliyyət göstərəcəklərsə, bunu Azərbaycan dilində fəaliyyət göstərən saytlar da edə bilər. Bundan başqa, xarici mediaya da çıxmaq olduqca önəmlidir. Xarici dilli saytların, informasiya portallarının yaradılmasına ehtiyac var. Doğrudur, bununla bağlı işlər gedir. Lakin bu elə bir məsələdir ki, bu istiqamətdə nə qədər çox iş görülsə də, görülən işlə kifayətlənmək olmaz. Bu sahədə müntəzəm şəkildə iş aparmaq zəruridir”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...