Xarici media Azərbaycanın istifadə etdiyi pilotsuz uçaqdan yazır - VİDEO

Ehtimal ki, pilotsuz kamikadze dronun ilk açıq istifadəsi aprelin 2-də şiddətlənən Qarabağ savaşında Azərbaycan tərəfindən Ermənistan ordusuna qarşı istifadə olunub. Bu barədə Britaniyanın Telegraph qəzeti yazıb.
Qəzet yazır ki, Azərbaycan hərbçilərinin istifadə etdiyi pilotsuz uçağı İsrail istehsalı olduğu güan edilir. Bu "sərsəri raket" 6 saat ərzində öz hədəfini axtararaq uça bilir. Ermənistanın Müdafiə Nazirliyinin açıqlamasına görə, aprelin 4-də məhz bu pilotsuz-kamekadze Ermənistanın Sünik şəhərində Ağdərə rayonuna gəlmiş könüllülərin mindiyi avtobusu vurub və 7 könüllünü öldürüb.
Bu zərbə haqqında Washington Post qəzeti də məlumat yayıb.
Beynəlxalq strateji tədqiqatlar institutunun analitiki Cozef Dempsi qeyd edib ki, uçan aparat ehtimal ki, Harop olub.
Azərbaycanlıların Youtube portalında yerlşdirdiyi videoda pilotsuz uçaq havada görünür, sonra dağların arxasında gözdən itirş
"Azərbaycan İsrail və Hindistanla birlikdə Harop-dan istifadə edən üç ölkədən biridir", - qəzet qeyd edir.