​Xanım baş nazirin qətlində yeni detal: 10 il sonra üzə çıxdı

 
Pakistanın keçmiş baş naziri Bənəzir Bhuttonun sui-qəsd nəticəsində öldürülməsinə görə məsuliyyəti “Taliban” terror təşkilatı üzərinə götürüb.
 
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı terrorçuların Pakistan üzrə lideri Əbu Mənsuz Asim Mufti Nur Vəli müəllifi olduğu “İngilis istismarından ABŞ imperializminə: Cənubi Vəziristanda Məşud inqilabı” kitabında məlumat verib.
 
Onun sözlərinə görə, Bhuttonu Bilal və İkramullah adlı iki terrorçu öldürüb.
 
Qeyd edək ki, hadisə 2007-ci il dekabrın 27-də Ravalpindi şəhərində baş verib.
 
Müəllif: Samir

Загрузка...
Загрузка...