Xamneyi: "Raketlərimiz İranın gələcəyinin qarantıdır"

İranın ali dini rəhbəri dünyada gedən prosseslərdən danışıb.
Turaninfo.az Ölkə.az –a  istinadən xəbər verir ki, ayətullah Əli Xamneyi geosiyasi çəkişmənin qızışdığı bir dövrdə İranın əsas güvənc yerinin hərbi gücü olduğunu vurğulayıb.
İranın rəhbəri raket texnologiyalarına yiyələnməyin vacibliyindən danışaraq İranın əlində olan müxtəlif mənzilli raketlərin ölkənin gələcəyini zəmanət altına aldığını deyib.
"Əgər kimsə İranın gələcəyinin danışıqlar və dialoqdan asılı olduğunu düşünürsə, həmin adam savadsız və satqındır. İranın gələcəyinin qarantiyası əlində olan raketlərdir", deyə Xamneyi bildirib.