XALQIN SUSDUĞU GÜN- GÜLNARƏ İSRAFİL

Xalqın susduğu gün
Sözün öldüyü yerdi ürəyim.
Dilimi bağlayan, odur!
Məzar daşları dikəlib göz bəbəyimdə.
Ümidlərim parça-parça doğranılıb.
Dörd divarda edam ediblər qardaşımı
haqsızlığın əli ilə.
Boğazım kəndirlənib.
Qollarıma iz düşüb qatar-qatar
qandallardan.
Məmləkət ölüb
xalqın susduğu gün!
Gülnarə İsrafil.